Whatsapp'a avtomatik silinən mesajlar əlavə olunacaq
Sosial Media
01.10.2019
Farid Pardashunas
Whatsapp tərtibatçıları messencerə yeni funksiya əlavə etməyə hazırlaşırlar. Söhbət, avtomatik silinən mesajlardan gedir. Belə ki, Wabetainfo saytının mütəxəssisləri Whatsapp 2.19.275 beta versiyasında bu yeni funksiyanın izlərini aşkar ediblər. Bu funksiya vasitəsilə istifadəçilərin göndərdikləri mesajlar müəyyən müddətdən sonra avtomatik olaraq silinəcəklər.
İstifadəçinin seçimindən asılı olaraq mesajlar 5 saniyədən sonra ya da 1 saatdan sonra silinə bilərlər. ilk öncə bu funksiya qrup çatlarına daha sonra isə özəl çatlara əlavə olunacaq. Qeyd etmək lazımdır ki, bu cür funksiya artıq Facebook Messenger-də mövcuddur. Bu yeni funksiyanın Whatsapp-a nə zaman əlavə ediləcəyi barəsində məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək