Whatsapp-a böyük yenilənmə gəlib

Whatsapp-a böyük yenilənmə gəlib

Sosial Media
03.11.2022 PAYLAŞIM

    Meta şirkəti özünün Whatsapp messenceri üçün böyük yenilənməni təqdim edib. Təqdim edilmiş böyük yenilinmədə tərtibatçılar Communities funksiyasını hamı üçün aktiv ediblər və videozənglər funksiyasının imkanlarını genişləndiriblər. Hamı üçün istifadəyə verilmiş Communities funksiyası bir növ Slack messencerini və ya Discord-u xatırladır. Bu yeni funksiya sayəsində istifadəçilər Whatsapp daxilində bir növ icmalar (communities) yarada bilərlər. Həmin icmalar isə özlərində bir neçə qrupları birləşdirə bilərlər. Messencerin tərtibatçıları əmindirlər ki, sözügedən yeni funksiya məktəb təşkilatları və hansısa şirkətin əməkdaşları üçün faydalı olacaq. Belə ki, şirkət əməkdaşları icmalar daxilində bir-biriləri ilə iş barəsində əlaqə yarada bilərlər.


    İcmaların iştirakçıları həmçinin sürətli şəkildə qruplar arasında keçidi reallaşdıra bilərlər. Qrupların adminləri isə bütün istifadəçilərə vacib xəbərləri və ya məlumatları göndərə bilərlər. Bundan əlavə olaraq messencerdəki adi qrup çatlarında yenilik istifadəyə verilib. Belə ki, bundan sonra qrup çatlarında maksimum 1024 nəfər istifadəçi iştirak edə bilər. Bununla yanaşı qrup çatlarına sorğular funksiyası əlavə edilib. Sözügedən funksiya vasitəsilə istifadəçilər digər qrup üzvləri arasında müxtəlif sorğular keçirdə bilərlər. Qrup videozənglərində isə bundan sonra maksimum 32 nəfər istifadəçi iştirak edə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iOS istifadəçiləri üçün Twitter Blue abunəliyi ayda 11$-a başa gələ bilər..

Twitter-in yeni sahibi olandan sonra Elon Musk bütün Twitter Blue abunəçilərindən ayda 8$ ödəniş təl..


Whatsapp-da avatarların konstruktoru istifadəyə verilib

Whatsapp tərtibatçıları messencerdə avatarların konstruktoru funksiyasının istifadəyə verildiyini el..


Telegram-a növbəti böyük yenilənmə gəlib

Telegram növbəti böyük yenilənməni əldə edib. Tərtibatçılar messencerin yeni versiyasında çoxlu sayd..


Yaxın zamanda Whatsapp-da yeni funksiyalar istifadəyə veriləcək

Meta şirkəti Whatsapp-a yeni funksiyalar əlavə etməklə messenceri təkmilləşdirməyə davam edir...


Twitter Blue yenidən təxirə salınıb: Səbəb Apple ilə bağlıdır

Aylıq ödənişli Twitter Blue abunəliyi hələ də istifadəyə verilməyib və onun istifadəyə verilməsi növ..


Whatsapp-ın planşetlər üçün nəzərdə tutulmuş beta versiyası istifadəyə verilib..

Whatsapp tərtibatçıları mütəmadi şəkildə messencerə yeni funksiyalar əlavə edirlər.

×