main-post-cover

    Whatsapp'a da Dark Mode rejimi əlavə olunacaq

    Sosial Media
    27.03.2019
    Farid Pardashunas
        Whatsapp tərtibatçıları öz rəqiblərindəön geri qalmayaraq sözügedən messencerə də Dark Mode rejimini daxil etməyi qərara alıblar. Bu barədə Gagadget saytı xəbər verib. WabetaInfo saytının mütyəxəssisləri məşhur messencerin son beta versiyası olan Whatsapp 2.19.82-də Dark Mode rejimini aktivləşdirə biliblər. Lakin yeni funsiya hələki hamı üçün aktiv deyil.

        Təqdim olunmuş fotolardan da görmək olar ki, messencerdəki Dark Mode rejimi Facebook Messenger-dəki kimi qara deyil. Whatsapp-dakı bir qədər boz rəngdədir. Buna görə də o, AMOLED ekranlar üçün o qədər də uyğun gəlməyəcək. Lakin buna baxmayaraq bu rejim vasitəsilə messencerdən yaxşı işıqlandırılmamış mühitdə istifadə etmək daha rahat olacaq. Dark Mode rejiminin Whatsapp-da rəsmi olaraq nə zaman aktiv ediləcəyi barəsində heç bir məlumat yoxdur. Lakin ehtimal ki, bunun üçün çox gözləmək lazım gəlməyəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər