
Whatsapp'a Dark Mode rejimi gəlir
17.09.2018
Emil Noisy
YouTube və Android Messaages-dən sonra Dark Mode rejimi
dünyanın ən məşhur messencerinə də gəlməyə hazırlaşır. Bu rejim sayəsində
istifadəçi gecə vaxtlarında öz gözlərini parlaq işıqdan qoruya biləcək. Bundan əlavə
olaraq bir çox istifadəçilər bu və digər servisin məhz Dark Mode rejimini
sevirlər. Whatsapp-da bu rejimin gələcəyi barəsində xəbəri WABetaInfo saytı verib.
Qeyd etmək lazımdır ki, bu sayt məşhur messencerə gələcək yeni funksiyalar barəsində
dəqiq məlumatı verən nüfuzlu mənbədir. Dark Mode rejimi messencerin həm iOS həmdə
Android versiyasında aktivləşdiriləcək. Təəssüflər olsun ki, messencerə Dark
Mode rejiminin nə zaman gələcəyi barəsində dəqiq bir məlumat yoxdur.

Linki kopyala
Həftənin xəbərləri

