
WhatsApp-a gələn yeni funksiya ilə messencer, Facebook-la daha sıx inteqrasiya olundu
Sosial Media
14.12.2017
Emil
“Facebook”a məxsus məşhur WhatsApp messencerinin gündəlik istifadəçi kütləsi 1 milyarddır və yeni funksiyalar sayəsində messencer sosial şəbəkə ilə daha sıx inteqrasiya olunur.
Bundan sonra istifadəçilər
Facebook səhifələri ilə messencer vasitəsilə əlaqə yarada biləcəklər. Müəyyən
mənada bu inteqrasiya biznesdən başladı. Belə ki, istifadəçini maraqlandıran
brendin səhifəsi ilə o, messencer sayəsində həmin səhifəyə yazaraq və ya zəng edərək əlaqə yarada bilər. Bütün bu proses bir düyməyə klik etməklə reallaşacaq. Yeni funksiya hələki
Şimali və Cənubi Mamerika, Afrika, Avstraliya və Asiyanın çox hissəsində
aktivdir. Lakin bu funksiya Avropa üçün hələ gəlməyib. “Facebook” bildirib ki,
artıq 1 milyona yaxın Facebook səhifəsi əlaqə üçün WhatsApp nömrələrinə
sahibdir. Maraqlısı ondadır ki, bu halda WhatsApp Messenger ilə rəqabətə girməli
olacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
