WhatsApp-a gələn yeni funksiya sayəsində istifadəçilər bir- birilərinin yerlərini izləyə biləcəklər

WhatsApp-a gələn yeni funksiya sayəsində istifadəçilər bir- birilərinin yerlərini izləyə biləcəklər

Sosial Media
18.10.2017 PAYLAŞIM

WhatsApp-a istifasdəçilərin öz yerləşdikləri yer haqqında məlumatları real zaman ərzində paylaşmağa imkan verən yeni funksiya gəlib.

Bu yeni funksiya sayəsində valideyn öz övladını, evli qadınlar öz ərlərini və ya ərlər öz xanımlarını izləyə bilərlər. Sözügedən funksiya istifadəçinin istəyinə uyğun olaraq aktiv və deaktiv olunur. Geolokasiya məlumatları sayəsində siz öz yaxınlarınıza harda olduğunuz, təhlükəsizlik şəraitində olub-olmadığınız və ya marşrutunuz haqqında məlumatları verə bilərsiniz. Bununla yanaşı bu funksiya xüsusi şifrələmə sistemi ilə qorunur. Beləliklə istifadəçi öz geolokasiya məlumatlarının kiminlə və hansı müddətə paylaşmaq istədiyini ayarlaya bilər.



Funksiyanı istənilən vaxt deaktiv etmək və ya geolokasiya məlumatının paylaşılmasından sonra onun müddətinin bitməsini gözləmək lazımdır. Yeni funksiyadan istifadə etmək üçün istənilən şəxs və ya qrup çatına daxil olaraq “Share” düyməsinə klik edin. Daha sonra Location bölməsini seçin və yeni əlavə olunmuş Share Live Location bölməsinə klik edin. Bu zaman qrup çatında olan hər bir istifadəçi sizin yerləşdiyiniz yeri real zaman əzində öz xəritələrində görəcək. Əgər qrup çatında hər bir insan öz geolokasiya məlumatını paylaşsa, onda bütün istifadəçilərin yerləşdikləri yerlər bir xəritədə əks olunacaq. Yeni funksiya yaxın bir neçə həftə ərzində Android iOS istifadəçiləri üçün aktiv olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Clubhouse-da dəvətnamə sistemi ləğv edilib

Bir neçə ay bundan öncə sürətlə məşhurlaşmış Clubhouse sosial şəbəkəsində dəvətnamə sistemi ləğv edi..


Oğurlanmış Instagram hesablarının bərpası üçün yeni təhlükəsizlik funksiyası ist..

Instagram-a yeni təhlükəsizlik funksiyası inteqrasiya olunmağa hazırlaşır.


Whatsapp-ın yeni funksiyası videoların sürətlə göndərilməsini mümkün edəcək..

WABetainfo saytının mütəxəssislərinin verdikləri məlumata əsasən Whatsapp tərtibatçıları messencerdə..


Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kom..


Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir..

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veribl..

×