
WhatsApp-a gələn yeni funksiya sayəsində istifadəçilər bir- birilərinin yerlərini izləyə biləcəklər
Sosial Media
18.10.2017
Emil
WhatsApp-a istifasdəçilərin öz yerləşdikləri yer haqqında məlumatları real zaman ərzində paylaşmağa imkan verən yeni funksiya gəlib.
Bu yeni funksiya sayəsində
valideyn öz övladını, evli qadınlar öz ərlərini və ya ərlər öz xanımlarını izləyə
bilərlər. Sözügedən funksiya istifadəçinin istəyinə uyğun olaraq aktiv və
deaktiv olunur. Geolokasiya məlumatları sayəsində siz öz yaxınlarınıza harda
olduğunuz, təhlükəsizlik şəraitində olub-olmadığınız və ya marşrutunuz haqqında
məlumatları verə bilərsiniz. Bununla yanaşı bu funksiya xüsusi şifrələmə
sistemi ilə qorunur. Beləliklə istifadəçi öz geolokasiya məlumatlarının kiminlə
və hansı müddətə paylaşmaq istədiyini ayarlaya bilər.

Funksiyanı istənilən vaxt
deaktiv etmək və ya geolokasiya məlumatının paylaşılmasından sonra onun müddətinin
bitməsini gözləmək lazımdır. Yeni funksiyadan istifadə etmək üçün istənilən şəxs
və ya qrup çatına daxil olaraq “Share” düyməsinə klik edin. Daha sonra “Location” bölməsini seçin və
yeni əlavə olunmuş “Share Live
Location” bölməsinə klik edin. Bu zaman qrup çatında olan hər bir
istifadəçi sizin yerləşdiyiniz yeri real zaman əzində öz xəritələrində görəcək.
Əgər qrup çatında hər bir insan öz geolokasiya məlumatını paylaşsa, onda bütün
istifadəçilərin yerləşdikləri yerlər bir xəritədə əks olunacaq. Yeni funksiya
yaxın bir neçə həftə ərzində Android və iOS istifadəçiləri üçün aktiv olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
