
WhatsApp-da olacaq yeni funksiyalar hal hazırda beta test mərhələsində test olunur.
Söhbət, iOS və Android üçün nəzərdə tutulmuş 2 yeni funksiyadan gedir. Android üçün 2.17.265 versiyalı WhatsApp-ın beta test mərhələsinə videozəng funksiyasının dəyişdirilmiş tərzi əlavə olunub. Belə ki, bundan sonra istifadəçilər videozəng pəncərəsini kiçildə və ekranda istədikləri yerə daşıya biləcəklər. Beləliklə istifadəçilər eyni anda həm videozəng vasitəsilə ünsiyyət qura, həmdə digər istifadəçilərə ismarıc yaza biləcəklər. Lakin çox böyük ehtimalla bu funksiya, picture-in-picture dəstəklənməsi əlavə olunacaq Android O 8.0 proqram təminatlı smartfonlara gələcək.
Facebook Messenger-ə gözlənilən funksiya gəlir
Daha bir funksiya isə ondan ibarətdir ki, YouTube-dan olan videoların linkləri bundan sonra WhatsApp-ın daxilində açılacaq. Picture-in-picture özəlliyi sayəsində videolar, link pəncərəsində təqdim olunacaqlar. Həmin pəncərəni isə kiçildib istənilən yerə daşımaq olacaq. Beləliklə istifadəçi yazışan zaman videoya baxmaq çətinliyi yaşamayacaq. Bu funksiya isə hal hazırda yalnız iOS versiya üçün nəzərdə tutulmuş beta test mərhələsində aktivdir.
Şərh yoxdur