
WhatsApp'a istifadəçi yerini göstərən stikerlər gəlir
Sosial Media
23.04.2018
Emil
Məşhur messencerin yaradıcıları WhatsApp-ın 2.18.120
versiyalı betasında stikerlər albomu üzərində çalışmağa başlayıblar. Lakin
görünür, bu yeni funksiya hələ tez bir zamanda istifadəçilərə təqdim
olunmayacaq. Belə ki, tərtibatçılar stikerlər funksiyasının təqdim edilməsindən
öncə onun funksionallığının yaxşılaşdırılması üzərində çalışırlar. Bir neçə
müddət bundan öncə messencerin yeni beta versiyasında stikerlərlə bağlı yeni
funksiya ortaya çıxdı.

Bu funksiya iki stikeri bir sırada qruplaşdırmağa imkan
verir. Əgər siz bir neçə stiker göndərir və ya bir neçə stikeri kombinasiya
edirsinizsə bu yeni funksiya çatdakı yerə qənaət etməyə imkan verir. Bu
funksiya hələki istifadəçilərə təqdim olunmayıb. Lakin yaxın zamanda hamı üçün
aktiv ola bilər. Bundan əlavə olaraq messencerin yeni beta versiyasına istifadəçinin
yerini göstərən stikerlər də əlavə olunub. Geostikeri seçəndən sonra istifadəçi
onun daxilində istənilən yeri əks etdirə bilər. Həmçinin bu funksiya foto,
video və GIF animasiyalar üçün də aktivdir.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
