main-post-cover

    Whatsapp-a mesajların avtomatik silinməsi funksiyası əlavə ediləcək

    Sosial Media
    16.03.2020
    Farid Pardashunas
        Whatsapp messenceri istifadəçilərə göndərilmiş mesajların avtomatik silinməsinin ayarlanması imkanını verəcək. Bu barədə WABetainfo saytı xəbər verib. Göndərilmiş mesajın avtomatik silinməsi müddətini 1 saatdan 1 ilə kimi ayarlamaq olacaq. Bu yeni funksiya həm fərdi çatlarda həm də qrup çatlarında aktiv olacaq. Göndərilmiş mesajların avtomatik silinməsi funksiyasının aktivləşdirilməsindən sonra göndərilmiş hər bir mesajın göndərilmə vaxtının yanında saat ikonu ortaya çıxacaq. Funksiyanı həmçinin ayarlar bölməsində deaktiv etmək də olar. Göndərilmiş mesajların avtomatik silinməsi funksiyası Whastapp-ın 2.20.83 / 2.20.84 yenilənmələrində aktiv olacaq. Sözügedən yenilənmələrin isə istifadəçilərə nə zaman təqdim olunacaqları barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər