
WhatsApp-a rəngli fonlar və digər yeniliklər gəldi
Sosial Media
22.08.2017
Emil
WhatsApp-a gəlmiş yenilik, Facebook-un rəngli statuslar özəlliyinə çox bənzəyir.

Bundan sonra istifadəçilər WhatsApp-dakı statuslarını əhval-ruhiyyələrinə
uyğun olaraq fonu dəyişməklə yeniləyə bilərlər. Siz nəsə yazırsınız, fon rəngini
seçirsiniz və şrifti düzəldirsiniz. Bundan əlavə olaraq statusdakı mətndə siz
digər saytlara link də əlavə edə bilərsiniz. Həmçinin statusa foto və video da əlavə
etmək mümkündür. Belə halda sizin statusunuz, Snapchat-dakı funksiyaya bənzəyəcək.
WhatsApp-a gələn status yenilənməsi, Snapchat Stories-ə çox bənzəyir. Belə ki,
Snapchat-a da bir neçə müddət bundan öncə statusa, history paylaşılarını əlavə
etmək funksiyası gəlib. WhatsApp-ın
statuslar bölməsi, Facebook-un History bölməsinin uğurlu klonu hesab olunur.
Hal hazırda gün ərzində həmin funksiyadan 175 milyona yaxın insan istifadə edir.
Bu göstərici ilə isə o, Snapchat-dan da məşhur hesab olunur. Qeyd etmək lazımdır
ki, yeni funksiya həm Android, həmdə iOS istifadəçiləri üçün messencerin beta
versiyasında aktivdir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
