main-post-cover

    WhatsApp-a Skype-ın əsas funksiyaları gəlir

    Sosial Media
    25.10.2017
    Farid Pardashunas
    Məşhur messencer WhatsApp-ın yaradıcıları qərara gəldilər ki, onların servislərinin imkanlarını genişləndirmək lazımdır.
    iOS versiyanın sonuncu beta versiyasında Skype-dakı funksiyalara bənzər yeni özəlliklər aşkar edilib. Söhbət, qrup video və audio zənglərdən gedir. Bununla yanaşı qrup çatlarının adminləri çat ayarları baxımından daha geniş imkanlara sahib olacaqlar. Hal hazırda qrup video və audio zəngləri WhatsApp-da aktiv deyillər.

    Lakin WABetaInfo adlı mənbə həmin funksiyaların yaxın zamanda messencerə əlavə olunacağı barəsindəki işarələri WhatsApp 2.17.70 versiyasında aşkar edib. Bununla yanaşı yeni versiyalarda qrup çatlarının adminləri bir dəfəyə daha çox istifadəçini qrupdan silə, hansısa çat üzvünün çatın fotosunu və məzmununu dəyişə bilib-bilməyəcəyini ayarlaya və çatı yaratmış şəxs, digər adminlərin onu çatdan çıxarmalarına qadağa qoya biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər