Reklam
Whatsapp-a sonuncu dəfə daxil olma zamanını konkret insanlardan gizlətmək mümkün olacaq

Whatsapp-a sonuncu dəfə daxil olma zamanını konkret insanlardan gizlətmək mümkün olacaq

Sosial Media
07.09.2021 PAYLAŞIM

    Hal hazırda Whatsapp messencerə son daxil olma zamanının, istifadəçi fotosunun və istifadəçi barəsində məlumatların əks olunmaları üzrə 3 variantı təqdim edir. Belə ki, bu məlumatları istifadəçinin nömrəsinə sahib bütün insanlar və ya yalnız istifadəçinin kontaktında olan insanlar üçün görünən etmək və bütün istifadəçilərdən gizlətmək olar. Beləliklə əgər istifadəçi messencerə sonuncu dəfə daxil olduğu zamanı konkret insanlardan gizlətmək istəsə, o bunu bütün istifadəçilər üçün edə və ya yalnız kontaktlarındakı şəxslər üçün məhdudlaşdıra bilər. Lakin bu vəziyyət yaxın zamanda dəyişə bilər.


    Belə ki, verilmiş məlumata əsasən Whatsapp-a bu məsələ ilə bağlı yeni variant əlavə ediləcək. Yeni variant sayəsində istifadəçi messencerə sonuncu dəfə daxil olma zamanını, istifadəçi fotosunu və istifadəçi barəsində məlumatları konkret insanlardan gizlədə biləcək. Məlumatda qeyd edilib ki, messencer hal hazırda bu yeni özəlliyin test olunması ilə məşğuldur. Əlavə ediləcək yeni variant isə “My Contacts Except” kimi qeyd ediləcək. Bu yeni variant sayəsində istifadəçi öz məlumatlarının konkret olaraq hansı insanlardan gizlətmək lazım olduğunu qeyd edə biləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Telegram-ın aylıq xərci nə qədər təşkil edir?

Pavel Durov-un daha əvvəlki bəyanatlarına və fərdi mənbələrə əsaslanaraq Forbes əməkdaşları Telegram..


Instagram istifadəçilərin yaşlarını təyin etmək üçün süni zəka sistemindən istif..

Instagram öz istifadəçilərinin yaşlarını təyin edən yeni üsulları test edir. Onların arasında Yoti a..


Meta-nın Instagram və Facebook platformalarında yeni monetizasiya imkanları isti..

Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkət kontent yaradıcıları üçün olan monetizas..


Aylıq ödənişli Telegram premium istifadəyə verilib

Telegram messenceri öz servisində Premium abunəliyin istifadəyə verildiyini elan edib. Bu barədə məl..


Pavel Durov aylıq ödənişli Telegram Premium-u anons edib

Uzun müddət idi ki, internetdə Telegram Premium barəsində məlumatlar ortaya çıxırdı.


Telegram Premium-un istifadəçilər üçün olacaq bütün üstünlükləri məlum olub..

Telegram-da ödənişli funksiyaların istifadəyə veriləcəyi barəsində məlumatlar artıq uzun müddətdir k..

×