Whatsapp'a Touch ID ilə Face ID dəstəyi əlavə olunacaq

Whatsapp'a Touch ID ilə Face ID dəstəyi əlavə olunacaq

Sosial Media
23.10.2018 PAYLAŞIM

    Məşhur messencerin yenilənmiş versiyası istifadəçi interfeysi baxımından bir sıra yeni özəlliklərə sahib olacaq. Məsələn səsli mesajların avtomatik olaraq işə düşməsi və messencerdə Dark Mode rejiminin (messecerdəki fonun qara rəngdə olması) olması. Lakin Whatsapp tərtibatçıları bu yeni funksiyalarda dayanan deyillər. Belə ki, messencer istifadəçilər tərəfindən son illər ərzində ən çox gözlənilən funksiyalar üzərində çalışır. Söhbət, messencerin Touch IDFace ID-ni dəstəkləməsi funksiyasından gedir.


Bənzər xəbər


    Smartfonlarda olan biometrik skan funksiyalarının messecerdə də dəstəklənməsinin hal hazırda testi gedir. Beləliklə yaxın zamanda messencerin konfidensiallıq ayarlarına Touch ID dəstəyi əlavə ediləcək. Əgər sizin smartfonunuz Face ID texnologiyasını dəstəkləyirsə, onda konfidensiallıq ayarlarına həmçinin Face ID dəstəyi də əlavə ediləcək.


    Əgər siz biometrik təhlükəsizlik sistemini messencerdə aktiv etsəniz, hər dəfə messencerə daxil olduğunuz zaman Touch ID vasitəsilə barmaq izi skanı və ya Face ID vasitəsilə istifadəçi üzünün skanı prosesindən keçməli olacaqsınız. Əgər biometrik skan texnologiyaları bu halda çalışmasalar, messencer sizdən smartfonu blokdan çıxaran zaman istifadə olunan şifrənin daxil edilməsini tələb edəcək. Bununla yanaşı məlumata əsasən istifadəçinin şifrəsi və ya barmaq izinin məlumatı Whatsapp-a ötürülməyəcək. Bu funksiyanın nə zaman iOS Android istifadəçiləri üçün aktiv ediləcəyi hələki bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Videoçat platforması olan Microsoft Teams-in pulsuz versiyası istifadəyə verilib..

Məşhur korporativ platforma olan Microsoft Teams-in fərdi istifadə üçün nəzərdə tutulmuş pulsuz vers..


Instagram-ın desktop versiyası vasitəsilə fotoservisə postların əlavə edilməsi f..

Alessandro Paluzzi adlı tərtibatçı aşkar edib ki, Instagram tərtibatçıları desktop versiya vasitəsil..


Ən çox konfidensial məlumat yığan servislərin reytinqi tərtib olunub

Apple sayəsində iOS istifadəçiləri bu və ya digər tətbiqin hansı konfidensial məlumatları yığdığını ..


Almaniya hökuməti Facebook-a Whatsapp istifadəçilərinin məlumatlarını yığmağı qa..

Almaniya dünyada ilk dəfə Facebook-un Whatsapp istifadəçilərinin məlumatlarını yığmasını qanun səviy..


Whatsapp-ın yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçi hesabları ..

Son zamanlarda Whatsapp messenceri yeni konfidensiallıq siyasətinə görə sərt şəkildə tənqid olunur. ..


Clubhouse-un Android versiyası bəzi istifadəçilər üçün təqdim olunub

iOS-də istifadəyə verilməsindən 1 il sonra Clubhouse sosial şəbəkəsi sonunda Android üçün təqdim olu..

×