Logo
    main-post-cover

    Whatsapp-a yaxın zamanda bir sıra faydalı funksiya əlavə ediləcək

    Sosial Media
    14.11.2022
        Whatsapp tərtibatçıları messencerə bir sıra faydalı funksiyanı əlavə etməyə hazırlaşırlar. Birinci yenilik Companion Mode rejimi adlanır. Bu rejim artıq messencerin beta versiyasında test edilir. Companion Mode rejimi messenceri eyni anda bir neçə smartfonda istifadə imkanını verəcək. Bu rejim çərçivəsində istifadəçinin əlavə smartfonları messencerə qoşması halında messencerdəki bütün çat tarixçələri digər smartfonlarda avtomatik olaraq sinxronlaşdırılacaq. Yəni çatlar bütün smartfonlarda görünəcək. Companion Mode rejimindən əlavə olaraq Whatsapp-ın 2.22.24.18 nömrəli beta versiyasında messencerin Android planşetlərdə dəstəklənməsi səhifəsi aşkar edilib. Messencerin Android planşetlərdə dəstəklənməsi yaxın zamanda reallaşdırılmalıdır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Whatsapp-a yaxın zamanda bir sıra faydalı funksiya əlavə ediləcək | Technote