Whatsapp-a yeni funksiyalar əlavə edilib

Whatsapp-a yeni funksiyalar əlavə edilib

Sosial Media
05.05.2023 PAYLAŞIM

    Whatsapp tərtibatçıları messencerə yeni funksiyaların əlavə edildiyini açıqlayıblar. İstifadəyə verilmiş yeni funksiyalardan ən əsası messencer daxilindəki sorğuları əhatə edir. Belə ki, bundan sonra istifadəçilər Whatsapp daxilində yalnız bir cavabdan ibarət sorğuları da yarada biləcəklər. Bunun üçün sadəcə olaraq sorğuların yaradılması zamanı “Allow multiple Answers” bəndini deaktiv etmək lazım gələcək. Bundan əlavə olaraq çatlar daxilində sorğuların axtarışı özəlliyi reallaşdırılıb.


    Bu və ya digər sorğunu yaratmış istifadəçi həmçinin sorğuya artıq nə qədər adamın səs verdiyi bildirişini əldə edəcək. Digər əsas yenilik isə media faylların bir çatdan digərinə göndərilməsi zamanı onlara izah xarakterli məzmunların əlavə edilməsi ilə bağlıdır. Eyni funksiya sənədlərin göndərilməsi üçün də aktivləşdirilib. Daha öncə istifadəçilər göndərilən foto və videolara məzmun əlavə edə bilirdilərsə, indi bunu göndərilən sənədlər üçün də reallaşdırmaq mümkün olacaq.



DAHA ÇOX


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.


Whatsapp-da istifadəçilər üçün ləqəblər (nickname) funksiyası istifadəyə veriləc..

Whatsapp tərtibatçıları messencerdə yeni faydalı funksiyanı istifadəyə verməyə hazırlaşırlar...


TikTok-un mənbə kodu və məsləhət xarakterli alqoritmi ABŞ-ın Oracle şirkətinə tə..

TikTok administrasiyası yaxın zamanda ABŞ-ın Oracle şirkətinə servisin mənbə kodunu və platformanın ..

×