
WhatsApp-a yeni ödəniş funksiyası gəldi
Sosial Media
26.03.2018
Emil
Hələ keçən il məlum olmuşdu ki, WhatsApp
özünün pul köçürmələri funksiyasını istifadəyə verməyi planlaşdırır. Bu
yaxınlarda isə məlum olmuşdu ki, sözügedən funksiya artıq Hindistanda test mərhələsindədir.
İndi isə bu funksiyanın testi yeni mərhələyə keçib. Belə ki, WhatsApp istifadəçiləri
QR kod vasitəsilə ödəniş etmək imkanına sahib olublar. Bu funksiya sayəsində
sadəcə QR kodu skan edərək ödəniş etmək mümkündür.

Sözügedən funksiya Android
üçün WhatsApp-ın 2.18.93 versiyasında reallaşdırılıb. Əgər siz artıq messencerde
ödənişlər funksiyasını aktiv etmisinizsə, Ayarlar -> Ödənişlər-ə daxil olub
aşağı hissəyə enməyiniz lazımdır. Həmin hissədə “Yeni Ödənişlər” bölməsini klik
etmək lazım gələcək. Məhz bu mərhələdə QR kodun skan olunması funksiyası sizin
qarşınıza çıxacaq. Sözügedən funksiya hələki ödəniş funksiyasının aktiv olduğu regionlarda
keçərlidir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
