main-post-cover

    WhatsApp Android və iOS arasında internetsiz fayl mübadiləsi funksiyasını test edir

    Sosial Media
    24.07.2024
    Emil Nəcəfov
         WhatsApp istifadəçilərə AndroidiOS arasında internetsiz fayl mübadiləsini reallaşdırmağa imkan verəcək yeni funksiyanı test etməyə başlayıb. Test olunan yeni funksiya bir növ Apple şirkətinin AirDrop texnologiyası tərzində çalışacaq. Bu funksiya necə çalışacaq? iOS istifadəçilərinə Android cihaz vasitəsilə skan edilməsi lazım olan QR kod təqdim ediləcək. QR kodun skan edilməsindən sonra iPhone ilə Android cihaz arasında əlaqə yaranacaq və daha sonra faylları göndərmək mümkün olacaq.
         Qeyd etmək lazımdır ki, bu funksiya çərçivəsində fayllar Wi-Fi Direct üzərindən göndəriləcək. Məhz bu səbəbə görə də internetə qoşulmaya ehtiyac qalmayacaq. Bu funksiya sürətli internetin olmadığı yerlərdə və ya mobil trafikin məhdud olduğu anlarda faylların göndərilməsi mövzusunda faydalı olacaq. Gözləntilərə əsasən bu yeni funksiya WhatsApp-ın Android və iOS üçün nəzərdə tutulmuş növbəti yenilənməsi çərçivəsində istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    WhatsApp-da mesajların müxtəlif dillərə tərcüməsi funksiyası istifadəyə veriləcək
    whatsapp-da-mesajlarin-muxtelif-dillere-tercumesi-funksiyasi-istifadeye-verilecek
    WhatsApp, artıq telefon nömrəsi olmadan istifadə oluna biləcək!
    whatsapp-artiq-telefon-nomresi-olmadan-istifade-oluna-bilecek
    WhatsApp-ın beta versiyasında səsli mesajların mətn formatına çevrilməsi funksiyası istifadəyə verilib
    whatsapp-in-beta-versiyasinda-sesli-mesajlarin-metn-formatina-cevrilmesi-funksiyasi-istifadeye-verilib
    WhatsApp, söhbətlərə Google Translate-i əlavə etməyi planlaşdırır!
    whatsapp-sohbetlere-google-translate-i-elave-etmeyi-planlasdirir
    WhatsApp daxilin Meta AI çat-botu fotoları redaktə edə biləcək
    whatsapp-daxilin-meta-ai-cat-botu-fotolari-redakte-ede-bilecek