Whatsapp artıq dünyanın ən çox yüklənən tətbiqi deyil

Whatsapp artıq dünyanın ən çox yüklənən tətbiqi deyil

Sosyal Medya
27.02.2020 PAYLAŞIM

    2018-ci ilin yay fəslində ByteDance şirkəti yeni mobil tətbiq təqdim etdi və həmin tətbiq artıq il yarımdan sonra ən məşhur tətbiqlərdən biri oldu. Söhbət, TikTok servisindən gedir. Son statistikaya əsasən TikTok ay ərzində yüklənmə sayına görə hətta dünyanın ən məşhur messenceri olan Whatsapp-ı da geridə qoyub. Bu barədə Gizchina saytı xəbər verib. Məlumata əsasən keçən ay App StoreGoogle Play mağazalarından TikTok-u ümumilikdə 104 milyon dəfə yükləyiblər. Bu göstərici isə Whatsapp messencerinin yüklənmə göstəricisindən daha çoxdur.

    Statistikada həmçinin Douyin adlı tətbiq də nəzərə alınıb. Qeyd etmək lazımdır ki, Çin bazarında TikTok servisi məhz Douyin adı ilə çıxış edir. 2019-cu ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında TikTok-un məşhurluğu 46% yüksəlib. Sözügedən servisin ən çox istifadə olunan regionları siyahısında Hindistan, Braziliya və ABŞ var. Analitiklər kənar resurslardan olan yüklənmələri hesaba almayıblar. Halbuki kənar resurslardan olan yüklənmələrəin sayı daha çox ola bilər.

    TikTok-un ümumi yüklənmə sayı 1.82 milyardı keçib və indi olan tempi nəzərə alaraq fevral ayında servis yeni rekorda imza ata və hətta istifadəçi sayına görə Whatsapp-ı geridə qoya bilər. TikTok-un və Douyin tətbiqlərinin qlobal gəlirləri ümumilikdə 28.6 milyon dollar dəyərində qiymətləndirilib. Şirkətə ən çox gəlir gətirənlər isə Çin (84.5%) və ABŞ (10.1%) istifadəçiləridir. Mütəxəssislərin fikirlərinə əsasən şirkətin gəlirlərinin artması Çində yayılan koronavirus ilə bağlıdır. Belə ki, insanlar evdə oturaraq smartfonları ilə daha çox vaxt keçirməli olurlar.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Kontakt Home qiymətləri 60%-dək endirdi – ALMAQ ÜÇÜN ƏN SƏRFƏLİ VAXT

Kontakt Home onlayn mağazasında bütün məhsullara 60%-dək endirim elan edir!


Android və iOS istifadəçiləri karantin dövründə tətbiqlərdə ümumilikdə nə qədər ..

Baxmayaraq ki, qlobal böhran səbəbilə bir çox sahələr durğunluq sərgiləyirlər, mobil tətbiqlər bazar..


Facebook, sevgililər üçün nəzərdə tutulmuş Tuned adlı tətbiqi təqdim etdi..

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda yeni tətbiqi təqdim edib...


Microsoft şirkəti 2021-ci ilin iyul ayına kimi olacaq bütün tədbirlərini online ..

Görünür. Microsoft şirkəti koronavirus səbəbilə yaranmış qlobal karantinin yaxın müddətdə sona çatac..


Skype Meet Now: Qeydiyyata və tətbiqə ehtiyac duymadan videokonfrans yaratmaq üç..

Skype tərtibatçıları Meet Now adlı yeni faydalı servisi anons ediblər.


Google şirkəti koronavirus barəsində dezinformasiya ilə mübarizəyə 6.5 milyon do..

Söhbət, COVID-19 kimi ölümcül xəstəlikdən gedən zaman dəqiq və güvənli məlumat həyat ilə ölüm arasın..