Whatsapp artıq dünyanın ən çox yüklənən tətbiqi deyil
Sosial Media
27.02.2020
Farid Pardashunas
2018-ci ilin yay fəslində ByteDance şirkəti yeni mobil tətbiq təqdim etdi və həmin tətbiq artıq il yarımdan sonra ən məşhur tətbiqlərdən biri oldu. Söhbət, TikTok servisindən gedir. Son statistikaya əsasən TikTok ay ərzində yüklənmə sayına görə hətta dünyanın ən məşhur messenceri olan Whatsapp-ı da geridə qoyub. Bu barədə Gizchina saytı xəbər verib. Məlumata əsasən keçən ay App Store və Google Play mağazalarından TikTok-u ümumilikdə 104 milyon dəfə yükləyiblər. Bu göstərici isə Whatsapp messencerinin yüklənmə göstəricisindən daha çoxdur.
Statistikada həmçinin Douyin adlı tətbiq də nəzərə alınıb. Qeyd etmək lazımdır ki, Çin bazarında TikTok servisi məhz Douyin adı ilə çıxış edir. 2019-cu ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında TikTok-un məşhurluğu 46% yüksəlib. Sözügedən servisin ən çox istifadə olunan regionları siyahısında Hindistan, Braziliya və ABŞ var. Analitiklər kənar resurslardan olan yüklənmələri hesaba almayıblar. Halbuki kənar resurslardan olan yüklənmələrəin sayı daha çox ola bilər.
TikTok-un ümumi yüklənmə sayı 1.82 milyardı keçib və indi olan tempi nəzərə alaraq fevral ayında servis yeni rekorda imza ata və hətta istifadəçi sayına görə Whatsapp-ı geridə qoya bilər. TikTok-un və Douyin tətbiqlərinin qlobal gəlirləri ümumilikdə 28.6 milyon dollar dəyərində qiymətləndirilib. Şirkətə ən çox gəlir gətirənlər isə Çin (84.5%) və ABŞ (10.1%) istifadəçiləridir. Mütəxəssislərin fikirlərinə əsasən şirkətin gəlirlərinin artması Çində yayılan koronavirus ilə bağlıdır. Belə ki, insanlar evdə oturaraq smartfonları ilə daha çox vaxt keçirməli olurlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək