Logo
    main-post-cover

    Whatsapp bir cihaz çərçivəsində bir neçə hesabdan istifadə imkanını əldə edəcək

        Whatsapp tərtibatçıları messencerin imkanlarını genişləndirməyə davam edirlər. Bu dəfə insayderlər Whatsapp Business-in Android üçün nəzərdə tutulmuş 2.23.13.5 nömrəli son beta versiyasında yeni faydalı funksiya aşkar ediblər. Söhbət, bir cihaz çərçivəsində messencer daxilində bir neçə istifadəçi hesabı arasında keçid imkanından gedir. Bu funksiya messencer daxilində istifadəçinin bir hesabdan digərinə keçid etməsinə imkan verəcək.
        Yəni bir cihaz çərçivəsində messencer daxilində bir neçə hesabdan istifadə etmək imkanı olacaq. Bu cür funksiya faydalı olmaqla yanaşı həmçinin əlavə konfidensiallığı da təmin edəcək. Sözügedən yeni funksiyanın Whatsapp Business-də aşkar edilməsinə baxmayaraq onun eksklüziv olaraq yalnız messencerin Business versiyası üçün  olacağına dair heç bir sübut yoxdur. Buna görə də ola bilsin ki, yeni funksiya messencerin həmçinin adi versiyasında da aktiv olsun.
    Paylaş
    Bənzər xəbərlər