
Whatsapp bir mesajı digərlərinə bir neçə dəfə göndərmək funksiyasını məhdudlaşdırdı
Sosial Media
21.01.2019
Emil
Whatsapp messenceri eyni mesajı digərlərinə göndərmək funksiyasını məhdudlaşdırıb. Bundan sonra bu funksiyadan yalnız 5 dəfə istifdə etmək mümkün olacaq. Bu barədə BBC saytı xəbər verib. Məlumata əsasən bu üsulla messencer doğru olmayan məlumatların yayılması ilə mübarizə aparmaq niyyətindədir. Daha öncə bir mesajı 20 dəfə digərlərinə göndərmək mümkün idi.
Şirkət bu məhdudlaşdırıcı qərarı ona görə verdi ki, son zamanlarda istifadəçilər messencer vasitəsilə çoxlu sayda doğru olmayan məlumatların yayılmasından şikayətlənirdilər. BBC bildirib ki, messencer artıq bu məhdudlaşdırıcı qərarı 6 ay bundan öncə Hindistanda verib. Şirkətin verdiyi məlumata əsasən bu məhdudlaşdırıcı qərardan sonra bütün dünya üzrə təkrar göndərilən mesajların sayları azalıb. Buna baxmayaraq şirkət konkret rəqəmləri açıqlamayıb.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
