main-post-cover

    Whatsapp bir sıra yeni funksiya əldə edib (VİDEO)

    Sosial Media
    02.07.2020
    Farid Pardashunas
        Whatsapp tərtibatçıları mütəmadi olaraq sözügedən messencerə yeni funksiyalar əlavə edirlər. Whatsapp üçün təqdim edilmiş növbəti yenilənmə özündə bir sıra vacib yeni funksiyaları birləşdirir. Bu barədə Androidheadlines.com saytı xəbər verib. Beləliklə yenilənmiş Whatsapp-da animasiyalı stikerlər istifadəyə verilib. Tərtibatçılar messencer üçün artıq testlərdən keçmiş bir sıra stiker paketlərini təqdim ediblər. Bununla yanaşı Whatsapp-ın veb versiyası Dark Mode rejimini əldə edib.
        Yenilənmiş Whatsapp-da QR şifrələrin istifadə ssenarisi genişləndirib. Məsələn bundan sonra hansısa istifadəçini personal QR şifrənin skanı vasitəsilə çata əlavə etmək mümkün olacaq. İstifadəçilər həmçinin təkmilləşdirilmiş videozəng funksiyasından da istifadə edə bilərlər. Bundan sonra Whatsapp-dakı qrup videozənglərində 8 nəfər iştirak edə bilər. Bütün bunlardan əlavə olaraq KaiOS əməliyyat sistemi ilə çalışan fiziki düyməli telefonlar üçün sözügedən messencer daha yaxşı optimizasiya olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər