Whatsapp Business-ə aylıq ödənişli abunəlik vasitəsilə çalışacaq yeni funksiya əlavə ediləcək
Sosial Media
21.04.2022
Farid Pardashunas
Whatsapp barəsində daimi şəkildə məlumatlar verən məşhur WABetaInfo saytı messencerin test versiyasının yeni screenshot fotosunu paylaşıb və həmin foto Whatsapp-da istifadəyə veriləcək yeni funksiyanı sərgiləyir. İstifadəyə veriləcək yeni funksiya heç də hamı üçün aktiv olmayacaq və ondan istifadə etmək üçün aylıq ödənişli abunəlik əldə etmək lazım gələcək. Beləliklə verilmiş məlumata əsasən Whatsapp tərtibatçıları messencerin Whatsapp Business versiyasındakı Linked Devices bölməsində yeni interfeys üzərində çalışırlar. Hələ bir neçə müddət bundan öncə Whatsapp istifadəçiləri üçün xüsusi funksiya istifadəyə verilmişdi və həmin funksiya bir istifadəçi hesabını 4 müxtəlif cihazda istifadə etmək imkanını təqdim edir.
Whatsapp Business üçün hazırlanan yeni funksiya isə 10 müxtəlif nömrəni bir istifadəçi hesabına bağlamaq imkanını verəcək. Bunun sayəsində müxtəlif təşkilatların əməkdaşları iş çatında müştərilər ilə operativ şəkildə ünsiyyət qura biləcəklər. Məlumatda qeyd edilib ki, aylıq ödənişli abunəlik sisteminin istifadəyə verilməsi öz növbəsində messencerin adi versiyasının funksionallığına təsir göstərməyəcək. Yeni funksiya ilk növbədə korporativ istifadəçilərə hədəflənib. Gözləntilərə əsasən aylıq ödənişli abunəliyə digər üstünlüklər də daxil olacaq. Lakin həmin üstünlüklər və aylıq ödənişli abunəliyin hansı qiymətə başa gələcəyi barəsində məlumat verilməyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ