
Whatsapp Business üçün iki yeni funksiya anons edilib
Sosial Media
25.09.2023
Emil Nəcəfov
Whatsapp şirkətlərə və onların müştərilərinə bəzi prosesləri daha sürətli şəkildə yerinə yetirməyə imkan verəcək bir neçə yeni funksiyanı təqdim edib. Söhbət, Whatsapp Business üçün nəzərdə tutulmuş yeni funksiyalardan gedir. Beləliklə istifadəyə verilmiş funksiyalardan biri Whatsapp Flows adını əldə edib. Bu funksiya vasitəsilə şirkətlər çat daxilində öz müştərilərinə daha geniş imkanları təqdim edə bilərlər. Buna misal olaraq evə yemək sifarişini, qatarda səyahət ediləcək yerin seçilməsini və ya görüşə öncədən yazılmanı gətirmək olar. Bundan əlavə olaraq şirkətlər öz müştərilərinə müəyyən ehtiyacların nəzərə alınması ilə ətraflı menyuları və sorğu formalarını göndərə biləcəklər.
.jpg)
Yaxın həftələr ərzində Whatsapp Flows funksiyası bütün dünyada Whatsapp Business-dən istifadə edən şirkətlər üçün aktivləşdiriləcək. Müştərilər alış-verişləri birbaşa çat daxilində reallaşdıra biləcəklər. Ödəniş prosesi də məhz messencer daxilində reallaşdırılacaq. Üstəlik şirkətlər üçün Meta Verified təsdiq prosesi də Whatsapp Business çərçivəsində şirkətlər üçün istifadəyə verilib. Bu təsdiq prosesi vasitəsilə şirkətlər özlərinin Whatsapp Business-dəki hesabları üçün Meta Verified abunəliyini əldə edə biləcəklər. Bu abunəlik özündə təsdiq ikonunu, daha yaxşı dəstək xidmətini, dələduzlardan qorunma özəlliyini birləşdirir.


Linki kopyala
Həftənin xəbərləri

