Logo
    main-post-cover

    Whatsapp-da 4 yeni funksiya istifadəyə verilib

        Whatsapp tərtibatçıları messencerə 4 yeni funksiyanın əlavə edildiyini elan ediblər. Messencerə əlavə edilmiş yeni funksiyalar multimedia faylları, sənədlər, çatlar və digər istifadəçilərlə qarşılıqlı əlaqə imkanlarını genişləndirirlər. Beləliklə Whatsapp-a əlavə edilmiş yeniliklərdən biri eyni anda 100 ədəd multimedia faylının göndərilməsi imkanıdır. Daha əvvəllər istifadəçilər bir-birilərinə eyni anda yalnız 30 ədəd multimedia faylı göndərə bilirdilər. Messencerin yeni versiyasında isə bu limit 100-ə yüksəlib.
        Bundan əlavə olaraq istifadəçilər bir-birilərinə müxtəlif sənədlər göndərən zaman onlara müşayiət qeydlərini bərkidə bilərlər. Bunun sayəsində sənəd göndərən zaman istifadəçilər ayrı-ayrı mesajlar yaratmalı olmayacaqlar. Yenilənmiş messencerin Android versiyasında istifadəçilər 3D avatarları stikerlər və profil fotosu qismində istifadə edə bilərlər. Üstəlik yenilənmiş Whatsapp-da sonunda qrup çatlarının təsvirlərində istifadə edilən simvolların sayı artırılıb. Tərtibatçılar həmçinin messencerin daha stabil şəkildə çalışmasına nail olublar və bəzi sistem xətalarını aradan qaldırıblar. Yenilənmiş Whatsapp tədricən istifadəçilər arasında istifafəyə verilir və yaxın zamanda hamı üçün aktiv olacaq.
    Paylaş
    Bənzər xəbərlər