
Whatsapp-da Android-in faydalı funksiyası istifadəyə veriləcək
Sosial Media
22.01.2024
Emil
İnsayderlər Whatsapp-ın yeni beta versiyasında maraqlı bir funksiyanı aşkar ediblər. Söhbət, Android əməliyyat sistemində Quick Share adlı funksiyaya oxşar imkandan gedir. Məlumata əsasən messencer üçün hazırlanan bu yeni funksiya istifadəçilərə kənar servislərdən istifadə etməyərək messencer daxilində sürətli şəkildə faylların mübadiləsini reallaşdırma imkanını verəcək. Məlumatda qeyd edilib ki, sözügedən funksiya yaxınlıqda yerləşən cihaza 2 GB həcmində faylı internet üzərindən deyil, birbaşa göndərmək imkanını mümkün edəcək.

Təqdim edilmiş screenshot fotoya əsasən fayl mübadiləsi zamanı konfidensiallığın təmin olunması üçün messencer end-to-end şifrələnməsindən istifadə edəcək. Bu funksiya çərçivəsində faylı qəbul edən şəxsin telefon nömrəsi faylı göndərən şəxsin kontaktlarında olmadığı halda faylı qəbul edən şəxsin telefon nömrəsi gizli şəkildə qalacaq. Cihazlar arasında messencer üzərindən fayl mübadiləsini reallaşdırmağa imkan verəcək bu funksiyanın Whatsapp-ın stabil versiyasına nə zaman inteqrasiya ediləcəyi bilinmir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
