Logo
    main-post-cover

    Whatsapp-da artıq tanımadığınız istənilən şəxs ilə ünsiyyət qura biləcəksiniz

    Sosial Media
    19.07.2023
    Emil
        Whatsapp istifadəçiləri aşkar ediblər ki, messencerdə istənilən şəxs ilə ünsiyyət yaratmağa imkan verən yeni fuksiya ortaya çıxıb. Bununla belə ünsiyyət qurulan şəxsin kontaktlar siyahısında olmasına ehtiyac yoxdur. Whatsapp-ın həm Android həm də iOS üçün nəzərdə tutulmuş versiyasının son yenilənməsində istifadəçilər telefon nömrələrinin axtarışı vasitəsilə tanımadıqları şəxslərlə ünsiyyətə keçə bilərlər. Daha əvvəllər bu, kənar proqram təminatları vasitəsilə mümkün idi. Kontaktlar siyahısında olmayan şəxs ilə əlaqəyə keçmək üçün istifadəçi sadəcə olaraq yeni çata başlama düyməsinə klikləməli və axtarış sətrində telefon nömrəsini daxil etməlidir. Əgər daxil edilmiş telefon nömrəsinin sahibi Whatsapp-dan istifadə edirsə, deməli onunla yazışmaq mümkün olacaq.
    Paylaş
    Bənzər xəbərlər