Whatsapp-da avatarların konstruktoru istifadəyə verilib

Whatsapp-da avatarların konstruktoru istifadəyə verilib

Sosial Media
08.12.2022 PAYLAŞIM

    Whatsapp tərtibatçıları messencerdə avatarların konstruktoru funksiyasının istifadəyə verildiyini elan ediblər. Beləliklə bundan sonra Whatsapp istifadəçiləri öz rəqəmsal kopyalarını yarada bilərlər. Məlumatda həmçinin qeyd edilib ki, istifadəçi öz individual avatarını messencerdəki profil fotosu bölməsinə də yerləşdirə bilər. Bu halda istifadəçi avatar üçün nəzərdə tutulmuş 36 növ üz ifadəsindən birini seçməli olacaq. Həmin müxtəlif növ üz ifadələri stikerlər bölməsində yerləşdirilib. İndividual avatarı təkcə profil fotosunda deyil, həmçinin çatlarda bu və ya digər emosiyanı əks etdirmək üçün də istifadə etmək olar.


    Gələcəkdə avatarlar üçün nəzərdə tutulmuş konstruktorun imkanları daha da genişləndiriləcək. İstifadəçi öz individual avatarını həm fərdi şəkildə həm də selfie foto əsasında hazırlaya bilər. Avatarın yaradılması üçün istifadəçi messencerdəki profil fotosunun dəyişilməsi bölməsinə keçid etməli və fotonun dəyişilməsi zaman təqdim edilən menyuda avatarın yaradılması bəndini klikləməlidir. Sözügedən funksiya tədricən istifadəyə verildiyi üçün o, hamıda aktiv olmaya bilər. Lakin yaxın zamanda avatarların konstruktoru hamı üçün istifadəyə veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mac kompüterləri üçün Whatsapp-ın Apple M prosessorlarını dəstəkləyən beta versi..

Whatsapp tərtibatçıları keçən ilin yay fəslində messencerin Mac kompüterləri üçün nəzərdə tutulmuş t..


Whatsapp-da fotoları ilkin keyfiyyətdə göndərmək mümkün olacaq

Whatsapp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər. Məlum olub ki, onlar messencerin ..


Elon Musk daha bahalı Twitter Blue abunəliyini istifadəyə verməyi planlaşdırır..

Elon Musk bir neçə gün bundan öncə onu narahat edən məsələlər barəsində fikrini bildirib...


Twitter yaxın zamanda müasir messencerlərin vacib funksiyalarından birini əldə e..

İnsayderlərin verdikləri yeni məlumata əsasən Twitter yaxın zamanda istifadəçilərin bir-biriləri ilə..


Whatsapp-da audio formatlı statusların testinə start verilib

Whatsapp-ın yeni beta versiyasında barəsində uzun müddət ərzində məlumat sızıntısı olmuş növbəti fun..


Whatsapp-da yaxın zamanda istifadəyə veriləcək yeni funksiyalar məlum olub

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş növbəti yenilənmə üzərində çalışırlar və o, ..

×