Logo
    main-post-cover

    Whatsapp-da avtomatik silinən səsli mesajlar funksiyası istifadəyə veriləcək

    Sosial Media
    19.10.2023
         Whatsapp-da mesajların oxunmasından sonra onların avtomatik olaraq silinmələri funksiyası artıq mövcuddur. İndi isə messencer tərtibatçıları eyni funksiyanın səsli mesajlara tətbiq edilməsi üzərində çalışırlar. Məlumatda qeyd edilib ki, səsli mesajlar üçün View Once funksiyası adi mesajlardakı kimi çalışacaq.
         Yəni sözügedən funksiya çərçivəsində göndərilmiş səsli mesaja bir dəfə qulaq asandan sonra həmin mesaj avtomatik olaraq silinəcək. Təqdim edilmiş screenshot fotoya əsasən bir dəfəlik dinləmə üçün göndərilmiş səsli mesajlar 1 rəqəmi ilə işarələnmiş ikona sahib olacaqlar. İstifadəçilər çox güman ki, avtomatik silinən səsli mesajları yükləyə və ya kənar tətbiq vasitəsilə yaza bilməyəcəklər. Avtomatik silinən səsli mesajlar funksiyasının messencerin stabil versiyasına nə zaman əlavə ediləcəyi bilinmir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...