main-post-cover

    Whatsapp-da avtomatik silinən səsli mesajlar funksiyası istifadəyə verilib

    Sosial Media
    08.12.2023
    Emil Nəcəfov
         Whatsapp tərtibatçıları messencerdə yeni funksiyanın istifadəyə verildiyini elan ediblər. İstifadəyə verilmiş yeni funksiya səsli mesajları əhatə edir. Belə ki, messencerdə avtomatik şəkildə silinən səsli mesajlar funksiyası istifadəyə verilib. Avtomatik şəkildə silinən səsli mesajı göndərmək üçün istifadəçi mesajı göndərməmişdən öncə müvafiq işarəyə klikləməlidir. Bu cür səsli mesajı qəbul edəcək şəxs isə ona qulaq asandan sonra mesaj avtomatik silinəcək. Sözügedən funksiyanı konfidensial məlumatların ötürülməsində istifadə etmək olar. Bundan əlavə olaraq avtomatik silinən səsli mesajı qəbul etmiş şəxs ona 14 gün ərzində qulaq asmalıdır. İstifadəçi 14 gün ərzində bunu etmədiyi halda mesaj silinəcək. Sözügedən funksiya yaxın günlərdə bütün Whatsapp istifadəçiləri üçün aktiv olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Whatsapp-ın iOS versiyasında foto və videoların orijinal keyfiyyətdə göndərilməsi imkanı istifadəyə verilib
    whatsapp-in-ios-versiyasinda-foto-ve-videolarin-orijinal-keyfiyyetde-gonderilmesi-imkani-istifadeye-verilib
    Whatsapp-da çatların xüsusi şifrə ilə gizlədilməsi funksiyası istifadəyə verilib
    whatsapp-da-catlarin-xususi-sifre-ile-gizledilmesi-funksiyasi-istifadeye-verilib
    Gələn aydan Whatsapp fayllarının ehtiyat kopyaları Google Drive-da yaddaş yeri tutmağa başlayacaqlar
    gelen-aydan-whatsapp-fayllarinin-ehtiyat-kopyalari-google-drive-da-yaddas-yeri-tutmaga-baslayacaqlar
    Whatsapp-da çatları kənar şəxslərdən xüsusi kodla bloklamaq mümkün olacaq
    whatsapp-da-catlari-kenar-sexslerden-xususi-kodla-bloklamaq-mumkun-olacaq
    Whatsapp-da səsli çatlar funksiyası istifadəyə verilib
    whatsapp-da-sesli-catlar-funksiyasi-istifadeye-verilib