main-post-cover

    Whatsapp-da bir baxışdan sonra avtomatik silinən mesajlar funksiyası istifadəyə verilib

    Sosial Media
    04.08.2021
    Farid Pardashunas
        Whatsqapp-da View Once adlı yeni funksiya istifadəyə verilib. Bu funksiya vasitəsilə göndərilmiş foto və ya videoya yalnız bir dəfə baxmaq mümkündür. Bu üsul ilə göndərilmiş foto və ya videoya baxdıqdan sonra mesaj avtomatik olaraq silinir. Whatsapp təmsilçilərinin fikirlərinə əsasən bu funksiya bəzi konfidensial məlumatları göndərmək üçün yaxşı variantdır. Buna misal olaraq kağıza yazılmış hansısa şifrənin fotosunu gətirmək olar. Sözügedən funksiyadan istifadə etmək üçün mesajı göndərmə düyməsinin yanındakı 1 rəqəmi ilə əks olunmuş düyməyə klikləmək lazımdır.
        Beləliklə mesajı əldə etmiş şəxs mesajdakı foto və ya videoya baxdıqdan sonra həmin kontent avtomatik olaraq silinəcək. Whatsapp təmsilçiləri bildiriblər ki, bu yeni funksiya çatlardakı konfidensiallıq üzərində daha üstün idarəetməni əldə etmək üçün daha bir əlavə variantdır. Lakin şirkət təmsilçiləri qeyd ediblər ki, bu yeni funksiya vasitəsilə göndərilmiş foto və ya videonun screenshotunu etmək də mümkündür. Yəni bu imkandan heç kim sığortalanmayıb. Bununla yanaşı göndərilmiş konfidensial məlumatın screenshotu edildikdə, məlumatı göndərmiş şəxs bundan xəbərdar olmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər