
Whatsapp-da çatların xüsusi şifrə ilə gizlədilməsi funksiyası istifadəyə verilib
Sosial Media
01.12.2023
Emil
Meta şirkəti Whatsapp-ı təkmilləşdirməyə davam edir. Bu istiqamətdə messencerdə yeni təhlükəsizlik funksiyası istifadəyə verilib. İstifadəyə verilmiş funksiya çatları kənar şəxslərdən güvənilir şəkildə gizlətməyə imkan verir. Nəticədə gizlədilmiş çatlardan yalnız Whatsapp hesabının sahibi məlumatlı olacaq. Söhbət, Secret Code adlı funksiyadan gedir. Sözügedən funksiya çatları kənar şəxslərdən xüsusi şifrə sayəsində gizlədəcək. Funksiyanı ayarlar bölməsində aktivləşdirəndən sonra istifadəçi bu və ya digər çatı xüsusi şifrə vasitəsilə gizlədə biləcək.

Gizlədilmiş çat ümumi çat siyahısında görünməyəcək. Gizlədilmiş çata daxil olmaq üçün istifadəçi sadəcə olaraq axtarış bölməsinə xüsusi şifrəni daxil etməli olacaq. Qeyd etmək lazımdır ki, istifadəçi xüsusi şifrənin tərtib edilməsində hərflərdən, rəqəmlərdən və hətta emojilərdən də istifadə edə bilər. Hal hazırda Secret Code adlı funksiyanın istifadəçilər arasında tədricən istifadəyə verilməsi prosesi gedir. Yaxın aylar ərzində bu funksiya Whatsapp-ın bütün Android və iOS istifadəçiləri üçün aktiv olacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
