Whatsapp-da çoxdan gözlənilən funksiya istifadəyə veriləcək

Whatsapp-da çoxdan gözlənilən funksiya istifadəyə veriləcək

Sosial Media
14.03.2023 PAYLAŞIM

    Whatsapp dünyanın ən məşhur messenceri olsa da, öz funksionallığı baxımından o, digər messencerlərdən geridə qalır. Lakin onun funksionallığı daimi olaraq genişləndirilir. Veirlmiş yeni məlumata əsasən Whatsapp-da istifadəçilər tərəfindən çoxdan gözlənilən funksiya istifadəyə veriləcək. Söhbət, göndərilmiş mesajların redaktə edilməsi funksiyasından gedir. Whatsapp-da reallaşdırılacaq bu funksiya digər messencerlərdə olan bənzər funksiya kimi çalışacaq. Belə ki, göndərilmiş mesajı redaktə etmək üçün müvafiq mesajın üzərinə klikləyib bir neçə saniyə saxlamaq lazım gələcək. Daha sonra ortaya çıxacaq xüsusi menyuda redaktə etmək düyməsinə klikləmək lazım olacaq. Məlumatda qeyd edilib ki, göndərilmiş mesajın redaktə edilməsi üzrə məhdudiyyətlər olmasa da, bu prosesi yalnız mesajı göndərəndən sonra 15 dəqiqə ərzində reallaşdırmaq mümkün olacaq. Bundan əlavə olaraq redaktə edilmiş mesaj “Edited” yazısına sahib olacaq. Bu yeni funksiyanın messencerin stabil versiyasına nə zaman əlavə ediləcəyi bilinmir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Fransız nazirlər öz fərdi cihazlarından TikTok-u silməli olacaqlar

Dünən məlum oldu ki, Böyük Britaniya hökuməti məmurlara TikTok sosial şəbəkəsinin xidməti cihazlarda..


Meta şirkəti Facebook ilə Instagram-da NFT-lərin dəstəyi ideyasından imtina edib..

Meta şirkəti Facebook ilə Instagram-da NFT-lərin dəstəklənməsi ideyasından imtina edib.


Meta Facebook və Instagram-da qısa Reels videolarının müəlliflərinə ödəniş etməy..

Facebook və Instagram üçün qısa videoların hazırlanmsı ilə məşğul olan kontent yaradıcıları yaxın za..


Meta şirkəti mərkəzləşdirilməmiş Twitter analoqunu istifadəyə verə bilər..

Reuters saytının verdiyi məlumata əsasən Meta şirkəti mətn formatında paylaşmlar etməyə imkan verəcə..


Youtube qeyri-normativ leksikaya görə kontent yaradıcılarını sərt şəkildə cəzala..

2022-ci ilin noyabr ayından başlayaraq Youtube özlərində qeyri-normativ leksikanı birləşdirən videol..


Telegram yeni funksiyalar əldə edib

Telegram üçün növbəti böyük yenilənmə istifadəyə verilib.

×