Whatsapp-da fotoları ilkin keyfiyyətdə göndərmək mümkün olacaq

Whatsapp-da fotoları ilkin keyfiyyətdə göndərmək mümkün olacaq

Sosial Media
23.01.2023 PAYLAŞIM

    Whatsapp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər. Məlum olub ki, onlar messencerin beta versiyasına çox faydalı bir funksiyanı əlavə ediblər. Əlavə edilmiş yeni funksiya messencer daxilində fotoların ilkin keyfiyyətdə göndərilməsini təmin edəcək. Bir neçə müddət bundan öncə Whatsapp-ın istifadəyə verilmiş 2.21.15.7 nömrəli beta versiyasında HD Photos adlı funksiya aşkar edildi. Sözügedən funksiya vasitəsilə istifadəçi göndərilən fotonun hansı keyfiyyətdə göndərilməsini təyin edə bilər. Bu funksiya göndərilməsi planlaşdırılan fotonun keyfiyyətinin avtomatik və ya istifadəçi tərəfindən seçilməsini təmin edir. Lakin onlardan heç biri fotonun ilkin keyfiyyətdə göndərilməsini mümkün etmir.


    Məlum olub ki, messencerin Android üçün nəzərdə tutulmuş 2.23.2.11 nömrəli beta versiyasında ortaya çıxmış funksiya fotonun ilkin keyfiyyətdə göndərilməsini mümkün edir. Bu halda fotonun messencer tərəfindən sıxılması baş vermir. Tərtibatçılar bunu mümkün edən xüsusi düyməni fotonun göndərilməsi zamanı ortaya çıxan panelə əlavə ediblər. Bu funksiya öz növbəsində göndərilən fotoların keyfiyyətlərini idarə etməyə imkan verəcək. Bununla yanaşı bu funksiya ilkin keyfiyyətə sahib fotoların göndərilməsinin vacib olduğu zamanlarda çox faydalı olacaq. Hal hazırda sözügedən funksiya Whatsapp-ın Android üçün nəzərdə tutulmuş 2.23.2.11 nömrəli beta versiyasında aktivdir. Yaxın gələcəkdə onun messencerin stabil versiyasında istifadəyə verilməsi gözlənilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mac kompüterləri üçün Whatsapp-ın Apple M prosessorlarını dəstəkləyən beta versi..

Whatsapp tərtibatçıları keçən ilin yay fəslində messencerin Mac kompüterləri üçün nəzərdə tutulmuş t..


Elon Musk daha bahalı Twitter Blue abunəliyini istifadəyə verməyi planlaşdırır..

Elon Musk bir neçə gün bundan öncə onu narahat edən məsələlər barəsində fikrini bildirib...


Twitter yaxın zamanda müasir messencerlərin vacib funksiyalarından birini əldə e..

İnsayderlərin verdikləri yeni məlumata əsasən Twitter yaxın zamanda istifadəçilərin bir-biriləri ilə..


Whatsapp-da audio formatlı statusların testinə start verilib

Whatsapp-ın yeni beta versiyasında barəsində uzun müddət ərzində məlumat sızıntısı olmuş növbəti fun..


Whatsapp-da yaxın zamanda istifadəyə veriləcək yeni funksiyalar məlum olub

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş növbəti yenilənmə üzərində çalışırlar və o, ..


Twitter-də paylaşımların monetizasiyası üçün daxili valyuta istifadəyə veriləcək..

Twitter istifadəçiləri sosial şəbəkə üçün hələ anons edilməmiş iki yeniliyi aşkar ediblər. Aşkar edi..

×