
Whatsapp-da göndərilmiş mesajların redaktə edilməsi funksiyası istifadəyə veriləcək
Sosial Media
17.10.2022
Emil
Whatsapp tərtibatçıları messencerə yeni faydalı funksiyanı əlavə edəcəklər. Söhbət, göndərilmiş mesajların redaktə edilməsi funksiyasından gedir. Sözügedən yeni funksiyanı WABetaInfo saytı messencerin Android üçün nəzərdə tutulmuş beta versiyasında aşkar edib. Məlumatda qeyd edilib ki, bu yeni funksiya mesajın göndərilməsindən sonra 15 dəqiqə ərzində göndərilmiş mesajı redaktə etməyə imkan verəcək. Qeyd etmək lazımdır ki, buna bənzər funksiya artıq uzun müddətdir ki, Telegram-da mövcuddur. Mesajların redaktə edilməsi funksiyasının Whatsapp-ın stabil versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
