main-post-cover

    Whatsapp-da istifadəçilər üçün ləqəblər (nickname) funksiyası istifadəyə veriləcək

    Sosial Media
    25.05.2023
    Farid Pardashunas
        Whatsapp tərtibatçıları messencerdə yeni faydalı funksiyanı istifadəyə verməyə hazırlaşırlar. Digər messencerlərdən fərqli olaraq Whatsapp-da hələ ki, istifadəçi ləqəbləri (nickname) dəstəyi yoxdur. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. Hal hazırda kimsə sizi öz Whatsapp kontaktlarına əlavə etmək istəyirsə, siz həmin şəxsə öz mobil nömrənizi verməlisiniz. Əlavə olaraq bunun yerinə siz Whatsapp-dakı QR kodunuzu təqdim edə bilərsiniz. Lakin bu proses bir qədər qəlizdir və o qədər də etibarlı deyil.
        Bununla yanaşı QR kod halında da çatda ünsiyyət zamanı istifadəçilər bir-birilərinin mobil nömrələrini görəcəklər. Verilmiş məlumata əsasən Whatsapp-ın Android üçün nəzərdə tutulmuş yeni beta versiyasında istifadəçi ləqəblərinin əlavə edilməsi funksiyası ortaya çıxıb. Bu yeni funksiya hələ aktivləşdirilməyib. Bu funksiya vasitəsilə istifadəçilər digərlərini öz Whatsapp kontaktlarına əlavə edə biləcəklər. Bu halda onların mobil nömrələrini bilməyə ehtiyac qalmayacaq. Sözügedən funksiyanın nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər