main-post-cover

    Whatsapp-da mesajı çatın yuxarı hissəsinə bərkitmək mümkün olacaq

    Sosial Media
    05.10.2023
    Emil Nəcəfov
        Whatsapp-ın 2.23.21.4 nömrəli yeni beta versiyasında yeni faydalı funksiya aşkar edilib. Söhbət, çat daxilində hər hansısa mesajın çatın yuxarı hissəsinə bərkidilməsi funksiyasından gedir. Qeyd etmək lazımdır ki, hal hazırda Whatsapp-da yalnız çatı bütövlüklə tətbiqin ana səhifəsində yuxarı hissədə bərkitmək olar. Lakin yaxın zamanda eynisini həmçinin çat daxilindəki mesajlara da tətbiq etmək mümkün olacaq.
        Bunun üçün istənilən çat daxilindəki istənilən mesajı seçərək onun üzərinə klikləyib saxlamaq lazım gələcək. Daha sonra isə ekranın yuxarı hissəsindəki 3 düyməli menyuya daxil olaraq seçilmiş mesajı çatın yuxarı hissəsinə bərkitmək düyməsinə klikləmək lazım gələcək. Qeyd etmək lazımdır ki, mesaj yalnız müəyyən müddət ərzində bərkidilmiş şəkildə qalacaq. Bu məsələdə istifadəçiyə 24 saat, 7 gün və ya 30 gün müddət təklif ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər