main-post-cover

    Whatsapp-da mesajlara istənilən emoji vasitəsilə reaksiya bildirmək mümkün olacaq

    Sosial Media
    11.07.2022
    Farid Pardashunas
        Verilmiş rəsmi məlumata əsasən yaxın zamanda Whatsapp istifadəçiləri mesajlara istənilən emoji vasitəsilə reaksiya bildirə biləcəklər. Bu barədə məlumatı Meta şirkətinin CEO-su Mark Zuckerberg verib. “Biz, Whatsapp-da reaksiyalar qismində istənilən emojinin istifadəsi imkanını təqdim edirik” - deyə Zuckerberg öz Facebook hesabında qeyd edib. Bu yenilik Whatsapp istifadəçilərinə emojilər vasitəsilə reaksiyalar bildirmək funksiyasının istifadəyə verilməsindən bir neçə ay sonra gəlir. Qeyd etmək lazımdır ki, istifadəçilər hal hazırda Whatsapp-dakı mesajlara məhdud sayda emoji vasitəsilə reaksiya bildirə bilirlər.
        Belə ki, onlar üçün 6 reaksiya emojisi aktivdir. Bir çox messencerdə olduğu kimi Whatsapp-da da bu və ya digər mesaja reaksiya bildirmək üçün seçilmiş mesaja klikləyib bir neçə saniyə saxlamaq lazımdır. Bu halda istifadəçiyə reaksiya üçün nəzərdə tutulmuş emojilərin siyahısı açılacaq. Emojilərin yanında isə “+” işarə mövcuddur. İstifadəçi həmin işarəyə klikləməklə emojilər siyahısına yenilərini əlavə edə bilər. Gözləntilərə əsasən mesajlara istənilən emoji vasitəsilə reaksiya bildirmək funksiyası yaxın həftələrdə hamı üçün aktiv olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər