
WhatsApp-da mesajlara videolar vasitəsilə cavab vermək funksiyası test edilir
Sosial Media
27.06.2024
Emil
WhatsApp tərtibatçıları messencerə yeni funksiyanı əlavə etməyə hazırlaşırlar. Söhbət, mesajlara video vasitəsilə cavab vermək funksiyasından gedir. Məlumata əsasən sözügedən yeni funsiya messencerin Android üçün nəzərdə tutulmuş 2.24.14.5 nömrəli beta versiyasında artıq test edilir. Mesajlara video vasitəsilə cavab vermək düyməsi hər hansısa mesaja cavab vermək prosesi zamanı görünəcək. Düyməyə klikləyəndən sonra smartfon kamerası işə düşəcək və istifadəçi videonu çəkə biləcək. Qeyd etmək lazımdır ki, bu funksiyanın analoqu artıq uzun müddətdir ki, Telegram-da mövcuddur. Mesajlara videolar vasitəsilə cavab vermək funksiyasının stabil WhatsApp-a nə zaman inteqrasiya ediləcəyi bilinmir.

Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
