Whatsapp-da mesajların redaktə edilməsi funksiyası istifadəyə verildi

Whatsapp-da mesajların redaktə edilməsi funksiyası istifadəyə verildi

Sosial Media
23.05.2023 PAYLAŞIM

    Whatsapp-da çoxdan gözlənilən funksiya sonunda istifadəyə verilib. Söhbət, göndərilmiş mesajların redaktə edilməsi funksiyasından gedir. Meta şirkətinin CEO-su Mark Zuckerberg bildirib ki, bundan sonra istifadəçilər göndərdikləri mesajları 15 dəqiqlə ərzində redaktə etmək imkanına sahib olacaqlar. Göndərilmiş bu və ya digər mesajı redakdə etmək üçün istifadəçi həmin mesaja klikləyib saxlamalıdır. Nəticədə ortaya çıxacaq menyuda Edit düyməsini seçərək mesajı redaktə etmək olar.


    Redaktə olunmuş mesajın yanında onun redaktə olunduğu qeyd ediləcək. Lakin messencer redaktə tarixçəsini özündə saxlamayacaq. Nəticədə redaktə edilmiş mesajı əldə etmiş istifadəçi mesajın daha əvvəl necə olduğunu görə bilməyəcək. Onu da qeyd etmək lazımdır ki, Meta şirkəti bu funksiyadan istifadə etmək üçün zaman limiti təyin edib. Belə ki, istifadəçi göndərilmiş mesajı göndərildiyi andan yalnız 15 dəqiqə ərzində redaktə edə bilər. 



DAHA ÇOX


Whatsapp tərtibatçıları istifadəçilər üçün Security Center adlı veb resursu isti..

Whatsapp məlumatların qorunması üçün nəzərdə tutulmuş faydalı funksiyalara sahibdir.


Whatsapp yaxın zamanda Microsoft Teams ilə Zoom-da olan maraqlı funksiyanı əldə ..

Whatsapp yaxın zamanda Microsoft Teams və Zoom kimi digər video əlaqə servislərində olan maraqlı fun..


Youtube-da Stories paylaşımları etmək imkanı ləğv ediləcək

Snapchat Stories paylaşımlarını məşhurlaşdırandan sonra müxtəlif sosial şəbəkə ilə servislər bu özəl..


TikTok öz çat-botunu test etməyə başlayıb

TikTok özünün Tako adlı çat-botunu test etməyə başlayıb.


Whatsapp-da istifadəçilər üçün ləqəblər (nickname) funksiyası istifadəyə veriləc..

Whatsapp tərtibatçıları messencerdə yeni faydalı funksiyanı istifadəyə verməyə hazırlaşırlar...


TikTok-un mənbə kodu və məsləhət xarakterli alqoritmi ABŞ-ın Oracle şirkətinə tə..

TikTok administrasiyası yaxın zamanda ABŞ-ın Oracle şirkətinə servisin mənbə kodunu və platformanın ..

×