Whatsapp-da online olduğunuzu artıq hamıdan gizlədə bilərsiniz

Whatsapp-da online olduğunuzu artıq hamıdan gizlədə bilərsiniz

Sosial Media
24.10.2022 PAYLAŞIM

    Whatsapp-a son daxilolma vaxtını digərlərindən gizlətmək imkanı mövcuddur. Lakin messencerə əlavə edilmiş yeni funksiya istifadəçinin real zaman ərzində online olduğunu kimlərin görə biləcəklərini ayarlamağa imkan verir. Daha əvvəllər Mark Zuckerberg messencerdə olan end-to-end şifrələnməsinin üstünlüklərindən danışırdı. İndi isə Whatsapp-ın təhlükəsizlik sisteminə yeni bölmə əlavə edilib və həmin bölmə istifadəçinin messencerdəki online statusunu digərlərdən gizlətməyə imkan verir.


    Bu əsasən arzuolunmaz şəxsi qara siyahıya əlavə etmədən onunla ünsiyyəti məhdudlaşdırmaq üçün faydalıdır. Real zaman ərzində istifadəçinin online statusunun digərlərindən gizlədilməsi funksiyasının istifadəyə veriləcəyi barəsində məlumat hələ iyul ayında ortaya çıxmışdı. İndi isə bu funksiya istifadəyə verilib. Bununla belə sözügedən funksiya messencerin təkcə beta versiyasının istifadəçiləri üçün deyil, həm də stabil versiyasının istifadəçiləri üçün aktivdir. Funksiyanın işə salınması üçün növbəti addımları atmaq lazımdır: Settings -> Account -> Privacy -> Last seen and online.

    Beləliklə Last seen and online bəndində istifadəçi öz istəyinə uyğun olaraq hamını, öz kontaktlarını, bəzi kontaktlarını və ya heç kimi seçə bilər. Bundan əlavə olaraq ortaya çıxmış məlumata əsasən messencerin test versiyasından istifadə edənlərin bəziləri Whatsapp-ın Android iOS versiyalarında sorğular keçirdə bilirlər. Sorğulara nəzər yetirmək imkanı Whatsapp-ın artıq Windows versiyasında aktivdir. Lakin sorğuların yaradılması imkanı hələ ki, bütün istifadəçilər üçün aktiv deyil. Hal hazırda istifadəçilərin çoxu sorğularda iştirak edə və onların nəticələrini izləyə bilirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mac kompüterləri üçün Whatsapp-ın Apple M prosessorlarını dəstəkləyən beta versi..

Whatsapp tərtibatçıları keçən ilin yay fəslində messencerin Mac kompüterləri üçün nəzərdə tutulmuş t..


Whatsapp-da fotoları ilkin keyfiyyətdə göndərmək mümkün olacaq

Whatsapp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər. Məlum olub ki, onlar messencerin ..


Elon Musk daha bahalı Twitter Blue abunəliyini istifadəyə verməyi planlaşdırır..

Elon Musk bir neçə gün bundan öncə onu narahat edən məsələlər barəsində fikrini bildirib...


Twitter yaxın zamanda müasir messencerlərin vacib funksiyalarından birini əldə e..

İnsayderlərin verdikləri yeni məlumata əsasən Twitter yaxın zamanda istifadəçilərin bir-biriləri ilə..


Whatsapp-da audio formatlı statusların testinə start verilib

Whatsapp-ın yeni beta versiyasında barəsində uzun müddət ərzində məlumat sızıntısı olmuş növbəti fun..


Whatsapp-da yaxın zamanda istifadəyə veriləcək yeni funksiyalar məlum olub

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş növbəti yenilənmə üzərində çalışırlar və o, ..

×