Whatsapp-da səsli mesajlara qulaq asmaq daha rahat olacaq

Whatsapp-da səsli mesajlara qulaq asmaq daha rahat olacaq

Sosial Media
05.10.2021 PAYLAŞIM

    Whatsapp komandası səsli mesajlara rahat qulaq asmaq üçün yeni qlobal player (global voice message player) üzərində çalışır. Hazırlanan yeni funksiya səsli mesajlara messencerin istənilən bölməsindən qulaq asmağa imkan verəcək. Beləliklə yeni funksiya uzun səsli mesajlara qulaq asma prosesini sadələşdirməlidir. Verilmiş məlumata əsasən səsli mesajlara rahat şəkildə qulaq asmaq üçün nəzərdə tutulmuş yeni player messencerin istənilən bölməsindən görünəcək. İstifadəçi isə öz növbəsində səsli mesajı messencerin istənilən bölməsindən dayandıra və ya davam etdirə biləcək.


    Bu funksiya istifadəçinin uzun səsli mesaj əldə etdiyi zaman faydalı olacaq. Belə ki, bu halda istifadəçi səsli mesaja qulaq asa-asa digər şəxslərə mesaj yaza biləcək. Qeyd etmək lazımdır ki, hal hazırda səsli mesajlara yalnız çat daxilində qulaq asmaq mümkündür. İstifadəçi çatdan çıxan zaman səsli mesaj avtomatik olaraq dayanır. Yeni funksiya hələ ilkin hazırlanma mərhələsindədir və Whatsapp-ın yalnız beta versiyasında test olunur. Funksiyanın bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-ın yeni funksiyası istifadəçi çatlarının ehtiyat kopyalarını qoruyacaq..

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş yeni konfidensiallıq funksiyasını elan edibl..


Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır

Microsoft şirkəti professional LinkedIn sosial şəbəkəsinin Çin üçün olan versiyasının fəaliyyətini d..


Instagram irimiqyaslı problemlər halında istifadəçilərə bu barədə bildirişlər gö..

Bir neçə müddət bundan öncə Facebook və ona məxsus olan servislərin çalışmalarında qlobal çöküş yaşa..


Whatsapp-da səsli mesajların yazılması daha da asan olacaq

İnsayderlərin sözlərinə əsasən yaxın zamanda Whatsapp tərtibatçıları messencerdəki səsli mesajların ..


Facebook Clubhouse tərz audio otaqları hamı üçün istifadəyə verib

Hələ bu ilin aprel aynda Facebook bildirmişdi ki, o, yeni audiofunksiyalar üzərində çalışır və həmin..


Telegram-da reklam xarakterli mesajlar istifadəyə veriləcək

Telegram-dakı interfeysin dilinin dəyişdirilməsi bölməsində messencer daxilində olacaq sponsor xarak..

×