Logo
    main-post-cover

    WhatsApp-da süni zəka əsaslı çat-bot test olunur

    Sosial Media
    16.04.2024
         Biraz əvvəl biz xəbər verdik ki, Meta şirkəti Instagram-da Meta AI adlı süni zəka əsaslı çat-botunu test etməyə başlayıb. İndi isə məlum olub ki, şirkət eyni çat-botunu həmçinin WhatsApp-da da test edir. Çat-bot messencerin Android iOS üçün nəzərdə tutulmuş beta versiyasında test edilir. Qeyd etmək lazımdır ki, çat-bot messencer daxilində müstəqil şəkildə çalışacaq və istifadəçinin çatları ilə əlaqəli olmayacaq. WhatsApp-ın beta versiyasında çat-bot axtarış sətrinə inteqrasiya edilib. Messencer daxilində çat-bot funksiyasının final versiyasının necə görünəcəyi tam aydın deyil. Sözügedən funksiyanın yaxın aylar ərzində bütün istifadəçilər üçün aktiv olacağı gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    WhatsApp-da süni zəka əsaslı çat-bot test olunur | Technote