Logo
    main-post-cover

    Whatsapp-da süni zəka vasitəsilə stikerlər tərtib etmək mümkün olacaq

        Whatsapp tərtibatçıları messencerin yeni test versiyasını təqdim ediblər. Messencerin yeni test versiyasında süni zəkaya əsaslanan yeni faydalı funksiya istifadəyə verilib. İstifadəyə verilmiş funksiya şəxslər arasındakı dialoqlara müxtəliflik qatmaq üçün nəzərdə tutulub. Lakin o bunu mətnlər vasitəsilə deyil, təsvirlər vasitəsilə edir. Söhbət, neyron şəbəkəsi vasitəsilə özəl stikerlərin tərtib edilməsi imkanından gedir.
        Təqdim edilmiş screenshot fotoya əsasən messencerdəki stikerlər bölməsində mətnli təsvirlər əsasında stikerlərin tərtib edilməsi funksiyası istifadəyə veriləcək. Özəl stikerlərin tərtib edilib yaddaşda saxlanmasından sonra istifadəçilər onları çatlarda istifadə edə biləcəklər. Məlumatda qeyd edilib ki, sistem stikerləri əhatə edəcək arzuolunmaz kontentləri axtararaq siləcək. Bu yeni funksiyanın stabil Whatsapp-da hamı üçün nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər