Reklam
Whatsapp-da yaxın zamanda istifadəyə veriləcək yeniliklər barəsində rəsmi məlumat verilib

Whatsapp-da yaxın zamanda istifadəyə veriləcək yeniliklər barəsində rəsmi məlumat verilib

Sosial Media
15.04.2022 PAYLAŞIM

    Məşhur Whatsapp messencerini yaxın zamanda irimiqyaslı yenilənmə gözləyir. Həmin yenilənmə çərçivəsində istifadəçilərə yeni funksiyalar təqdim ediləcək. Messenceri gözləyən ən əsas yenilik isə Communities funksiyasının istifadəyə verilməsi olacaq. Communities vasitəsilə istifadəçilər daha çox qrupda müzakirə apara biləcəklər. Həmin qruplar adi qrup çatlarının çoxfunksiyalı analoqları olacaqlar. Belə ki, həmin qruplarda faylların mübadiləsi, 32 nəfər istifadəçinin iştirakı ilə qrup zəngləri, mesajlara reaksiyaların bildirilməsi, 2 GB-a kimi olan faylların göndərilməsi, administrativ alətlər və moderasiya idarəsinin elementləri reallaşdırılacaq. Meta şirkətinin CEO-su Mark Zuckerberg qeyd edib ki, sözügedən yeniliklər tədricən istifadəyə veriləcək. O, ümid edir ki, bu, Whatsapp və ümumilikdə online ünsiyyət üçün təkamül rolunu oynayacaq.


    Communities-də istifadəçilər alt qruplar yarada biləcəklər. Məsələn bu və ya digər təşkilat vacib layihələr üzərində işlərin müzakirəsi üçün, hər hansı bir məktəb isə konkret sinifləri əhatə edəcək alt qrupları yarada biləcək. Sosial şəbəkələrdə olan qruplardan fərqli olaraq Whatsapp-dakı Communities daha özəl ünsiyyətə hədəflənəcək. Bu cür ünsiyyət hətta bir-birilərini tanıma ehtimalı olan şəxsləri də əhatə edəcək. Bu cür alt qrupun iştirakçıları bir-birilərinin telefon nömrələrini görə biləcəklər. Daha bir nüans ondan ibarətdir ki, Communities qruplarını axtarış vasitəsilə tapmaq mümkün olmayacaq. Bu və ya digər qrupa qoşulmaq üçün həmin qrupun admini tərəfindən dəvət göndərilməlidir. Admin öz nöbəsində istifadəçiyə xüsusi dəvət linki göndərəcək və istifadəçi həmin link vasitəsilə müvafiq qrupa qoşula biləcək.

    Communities ilə çalışmaq üçün adminlər mövcud qrup çatını yeni funksiyaya birləşdirə və ya tamamilə yeni qrup yarada bilərlər. Yalnız adminlər ümumi qrup elanları üzərindən bütün Communities istifadəçiləri ilə elanları bölüşə biləcəklər. Communities üzvləri yalnız adminlər tərəfindən yaradılmış və ya təsdiq olunmuş alt qruplarda ünsiyyət qura biləcəklər. Communities-də həmçinin mesajların yönləndirilməsi özəlliyi də məhdudlaşdırılacaq. Belə ki, bu cür mesajlar dezinformasiyanın yayılmasına səbəb olurlar. Beləliklə istifadəçilər Communities qrupları daxilində bir dəfə üçün yalnız bir mesajı yönləndirə biləcəklər. Messencerin ayarlarında istifadəçilər kim tərəfindən Communities-ə əlavə edilə bilib-bilməyəcəklərini təyin edə biləcəklər. Bundan əlavə olaraq istifadəçilər Communities daxilində bu və ya digər qayda pozuntusu barəsində məlumat verə, digər istifdəçi hesablarını bloklaya və ya ümumiyyətlə Communities-dən çıxa bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram istifadəçilərin yaşlarını təyin etmək üçün süni zəka sistemindən istif..

Instagram öz istifadəçilərinin yaşlarını təyin edən yeni üsulları test edir. Onların arasında Yoti a..


Meta-nın Instagram və Facebook platformalarında yeni monetizasiya imkanları isti..

Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkət kontent yaradıcıları üçün olan monetizas..


Aylıq ödənişli Telegram premium istifadəyə verilib

Telegram messenceri öz servisində Premium abunəliyin istifadəyə verildiyini elan edib. Bu barədə məl..


Pavel Durov aylıq ödənişli Telegram Premium-u anons edib

Uzun müddət idi ki, internetdə Telegram Premium barəsində məlumatlar ortaya çıxırdı.


Telegram Premium-un istifadəçilər üçün olacaq bütün üstünlükləri məlum olub..

Telegram-da ödənişli funksiyaların istifadəyə veriləcəyi barəsində məlumatlar artıq uzun müddətdir k..


Whatsapp-da göndərilmiş mesajların redaktə edilməsi funksiyası hazırlanır..

Bəzən istifadəçilər mətnli mesajları tez göndərdikləri səbəbilə onların tərkiblərinə lazımi diqqəti ..

×