main-post-cover

    Whatsapp-da yaxın zamanda süni zəka funksiyaları istifadəyə veriləcək

    Sosial Media
    28.09.2023
    Emil Nəcəfov
        Meta Connect tədbiri çərçivəsində Whatsapp tərtibatçıları yaxın zamanda messencerə əlavə ediləcək yeniliklər barəsində məlumat veriblər. Belə ki, yaxın zamanda Whatsapp-a süni zəka əsaslı bir neçə funksiya əlavə ediləcək. Yeni funksiyalar ilk növbədə məhdud sayda istifadəçi üçün aktiv olacaqlar. Beləliklə funksiyalardan biri AI Stickers adını əldə edib. Sözügedən funksiya messencer daxilində süni zəka vasitəsilə stikerlərin tərtib edilməsi imkanını verir.
        İkinci funksiya AI Chats adlanır və o, ChatGPT-nin analoqu qismində çıxış edir. İstifadəçilər bu funksiya vasitəsilə messencer daxilində çat-bota istənilən mövzuda suallar ünvanlaya biləcəklər. Üçüncü funksiya isə messencer daxilində mətn formatında təsvirlər əsasında fotoların tərtib olunması ilə bağlıdır. İstifadəçi botla ünsiyyət çərçivəsində sadəcə "/imagine" əmrini daxil edəndən sonra lazımi fotonun təsvirini qeyd edəcək. Sistem isə təsvir əsasında fotonu tərtib edəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər