Whatsapp-da yeni təhlükəsizlik funksiyaları istifadəyə verilib
Sosial Media
13.11.2023
Emil Nəcəfov
Whatsapp-da iki yeni təhlükəsizlik funksiyası istifadəyə verilib. Birinci funksiya vasitəsilə istifadəçi messencer daxilindəki zənglər zamanı öz IP ünvanını gizlədə bilər. Sözügedən funksiya Protect IP address in call adlı düymə şəklində reallaşdırılıb və onun aktivləşdirilməsi üçün istifadəçi Settings -> Privacy -> Advanced keçidini etməlidir. Bu funksiyanın aktivləşdirilməsindən sonra zənglər Whatsapp serverləri üzərindən ötürüləcək. Nəticədə istifadəçinin IP ünvanı gizli şəkildə qalacaq. Nəticədə messencer üzərindən reallaşdırılan zənglər daha təhlükəsiz olmalıdırlar. Lakin digər tərəfdən nəzərə almaq lazımdır ki, bu cür yüksək konfidensiallığın öz mənfi cəhətləri var.
Belə ki, sözügedən funksiyanın aktivləşdirilməsindən sonra messencer daxilində reallaşdırılacaq zənglərin səs və görüntü keyfiyyətləri aşağı düşə bilər. Messencer tərtibatçıları xüsusi olaraq vurğulayıblar ki, bu yeni funksiyanın aktiv olub-olmadığından asılı olmayaraq messencer daxilindəki bütün zənglər end-to-end şifrələnməsinə sahibdirlər. İkinci təhlükəsizlik funksiyası barəsində məlumat isə hələ iyul ayında ortaya çıxmışdı. Söhbət, tanış olmayan nömrələrdən gələn zənglərin bloklanmasından gedir. Bu funksiya öz növbəsində spamların və qəliz kiberhücumların qarşısını almaq üçün nəzərdə tutulub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Whatsapp-da reklam elanlarının sərgilənməsi mövzusu hələ də aktualdır
Whatsapp-da reklam elanlarının sərgilənməsi mövzusu hələ də aktualdır
Whatsapp-ın rəhbəri Will Cathcart-ın sözlərinə əsasən messencerdə reklam elanlarının sərgilənməsi mövzusu hələ də aktual olaraq qalır.
Yeni cihazda Whatsapp hesabına email vasitəsilə daxil olmaq mümkün olacaq
Yeni cihazda Whatsapp hesabına email vasitəsilə daxil olmaq mümkün olacaq
Whatsapp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər.
Azərbaycan dilli Telegram kanalları vasitəsilə zərərli Whatsapp təkmilləşdirməsi yayılır
Azərbaycan dilli Telegram kanalları vasitəsilə zərərli Whatsapp təkmilləşdirməsi yayılır
Kaspersky şirkətinin mütəxəssisləri internetdə Whatsapp üçün nəzərdə tutulmuş təkmilləşdirməni aşkar ediblər.
Bugündən Whatsapp-ın milyonlarla smartfonda dəstəyi dayandırılır
Bugündən Whatsapp-ın milyonlarla smartfonda dəstəyi dayandırılır
Bugündən başlayaraq Whatsapp çoxlu sayda smartfonda fəaliyyətini dayandırır.
Bir cihazda eyni anda iki Whatsapp hesabından istifadə funksiyası istifadəyə verilib
Bir cihazda eyni anda iki Whatsapp hesabından istifadə funksiyası istifadəyə verilib
Whatsapp tərtibatçıları messenceri yeniləyərək ona çoxdan gözlənilən funksiyanı əlavə ediblər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!