Whatsapp-dakı aktual hesabı messencerin Android planşet versiyasına bağlamaq mümkün olacaq
Sosial Media
07.11.2022
Farid Pardashunas
Whatsapp-da mövcud hesab vasitəsilə yaxın zamanda messenceri Android planşetdə işə salmaq imkanı reallaşdırıla bilər. Bu halda istifadəçi əlavə nömrə almalı olmayacaq. Bu barədə məlumatı WABetaInfo saytı verib. Beləliklə verilmiş məlumatda qeyd edilib ki, Whatsapp-ın beta versiyasından istifadə edən bəzi istifadəçilər aktual Whatsapp hesabının planşetə bağlanmasını mümkün edən funksiyadan yararlana bilərlər. Bu funksiyadan istifadə etmək üçün messencerin beta versiyasını Android vasitəsilə çalışan planşetə yükləmək lazımdır. Daha sonra istifadəçi öz hesabına daxil olmalı və ekranda müvafiq QR kodun ortaya çıxıb-çıxmadığını yoxlamalıdır. QR kodun ortaya çıxmadığı halda istifadəçi messencerin növbəti yenilənməsini gözləməli olacaq. Çox güman ki, beta test mərhələsindən sonra sözügedən funksiya bütün Whatsapp istifadəçiləri üçün aktiv olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)