main-post-cover

    Whatsapp-dakı avtomatik silinən mesajlar funksiyasının imkanı genişləndirilib

    Sosial Media
    19.08.2021
    Farid Pardashunas
        Whatsapp tərtibatçıları messencerdəki avtomatik silinən mesajlar funksiyasının imkanını genişləndiriblər. Qeyd etmək lazımdır ki, hələ bir neçə müüdət bundan öncə ortaya çıxmış yeni funksiya vasitəsilə istifadəçi messencerdəki mesajların 24 saat və ya 1 həftədən sonra avtomatik silinmələrini ayarlaya bilər. İndi isə məlum olub ki, tərtibatçılar avtomatik silinən mesajlar funksiyasına bir dəyişiklik daxil ediblər.
        Belə ki, onlar avtomatik silinən mesajların daha uzun müddətdən sonra silinmələri imkanını əlavə ediblər. Beləliklə bundan sonra istifadəçiyə 24 saat, 1 həftə və 90 gün zaman intervalı aktiv olacaq. Məlumata əsasən bu yeni özəllik Whatsapp-ın 2.21.17.16 nömrəli beta versiyasında aşkar edilib. Bununla yanaşı mütəxəssislər bildiriblər ki, hal hazırda mesajların yalnız 1 həftdən sonra avtomatik silinmələri özəlliyi aktivdir. Digər zaman intervallarının messencerdə nə zaman aktiv olacaqları barəsində bir məlumat yoxdur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər